Bu barədə muzeyin saytında məlumat yayılıb. Bildirilib ki, video ilə birlikdə platformanın 2005-2006-cı ilə aid dizaynının yenidən hazırlanmış versiyası da muzeyin kolleksiyasını salınıb.
İntenet dünyasının əhəmiyyətli xatirələrindən sayılan video artıq muzeyin Cənubi Kensinqton qəsəbəsindəki "Design 1900 – Now" adlı qalereyasında sərgilənir.
Məlumat üçün bildirək ki, "Me at the zoo" ("Mən zooparkda") adlı video sözügedən tarixdə ABŞ-nin San-Dieqo şəhərinin zooparkında çəkilib. Kadrlarda "YouTube"un qurucularından biri Cavid Kərim oradakı fillər haqqında danışır. Video indiyədək 382 milyondan çox baxış və 18 milyon bəyənmə toplayıb.
Firudin Həmidli
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта