RU

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb

Gürcüstanın

Ötən ay Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 98,1 milyon ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə dəyərin həcmində 9,92% azalma qeydə alınıb.

Yanvar ayında Azərbaycanla ticarət Gürcüstanın ümumi ticarət dövriyyəsinin 6,1%-i həcmində olub. Azərbaycan bu göstərici ilə qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Çin, Rusiya və ABŞ-dan sonra beçinci yeri tutub.

Gürcüstandan Azərbaycana 42,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 7,6% azdır. Azərbaycan Gürcüstanın ixracında 8,9% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin, Türkiyə və Qırğızıstandan sonra dördüncü pillədə qərarlaşıb.

Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə illik müqayisədə 11,9% azalaraq 55,3 milyon ABŞ dollarına bərabər olub. Azərbaycan 4,9% payla qonşu ölkənin Türkiyə, Çin, Rusiya və ABŞ-dan sonra beşinci əsas idxal tərəfdaşı olub.

Hesabat ayında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 1,61 milyard ABŞ dolları təşkil edib ki, bunun da 480,4 milyon ABŞ dolları ixracın, 1,13 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Избранный
20
5
xalqcebhesi.az

6Источники