RU

YouTube un ilk videosu muzeydə eksponata çevrilib

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Bu barədə muzeyin saytında məlumat yayılıb. Bildirilib ki, video ilə birlikdə platformanın 2005-2006-cı ilə aid dizaynının yenidən hazırlanmış versiyası da muzeyin kolleksiyasına salınıb.İnternet dünyasının əhəmiyyətli xatirələrindən sayılan video artıq muzeyin Cənubi Kensinqton qəsəbəsindəki "Design 1900 – Now" adlı qalereyasında sərgilənir.Məlumat üçün bildirək ki, "Me at the zoo" ("Mən zooparkda") adlı video sözügedən tarixdə ABŞ-nin San-Dieqo şəhərinin zooparkında çəkilib. Kadrlarda "YouTube"un qurucularından biri Cavid Kərim oradakı fillər haqqında danışır. Video indiyədək 382 milyondan çox baxış və 18 milyon bəyənmə toplayıb.

Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
1
azvision.az

2Источники