RU

Deputat: “Azərbaycanın Emin Hüseynovu izləməyə ehtiyacı yoxdur, dövlətimiz xalqın böyük gələcəyini qorumaqla məşğuldur”

“Özünü jurnalist kimi təqdim edən Emin Hüseynovun etnik mənşəyi, davranışları ilə bağlı Azərbaycan ictimaiyyətinə hər şey bəllidir. Onun Azərbaycana, Azərbaycanın əldə etdiyi tarixi zəfərə qarşı mövqeyi sadəcə düşmən mövqeyidir. Milli, əxlaqi, mədəni dəyərlərimizə ardıcıl və sistemli hücum etməsi isə Emin Hüseynovun xüsusi mərkəzlər tərəfindən idarə olunduğunun göstəricisidir. Artıq buna heç kim şübhə etmir. Emin Hüseynov Münhen Təhlükəsizlik Konfransında heç vaxt gözəlmədiyi qədər sərt və sərrast cavabla nokaut vəziyyətinə düşdü. Buna görə də vəziyyətdən çıxmaq üçün ona sosial şəbəkələrdə yenidən özünü uğurlu fiqur kimi təqdim etmək üçün bəhanələr lazımdır. Çünki dağılan imicini bərpa etmək üçün buna ehtiyacı var.  Buna görə də belə uydurmalar uydurub ki, guya İsveçrədə onu izləyirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

O əlavə edib: “Azərbaycan xalqının bu atalar sözü Emin Hüseynovun bu vəziyyətini çox yaxşı izah edər: "Xain xoflu olar..." O, vətənə, dəyərlərimizə, liderlərimizə, xalqın seçiminə, xalqın siyasi seçimi əsasında formalaşan hakimiyyətə və xalqın sevdiyi Müzəffər Ali Baş Komandanımıza, onun ailəsinə xəyanət etdiyini bilir, buna görə də xofludur. Xoflu olmaq bax elə Emin Hüseynov kimi davranmaq deməkdir. Əlbəttə, Azərbaycan dövləti ciddi, qalib, güclü, qüdrətli dövlətdir. Azərbaycan dövlətinin hansısa mənəviyyat terrorçusunu izləməyə ehtiyacı yoxdur. Dövlətimiz Azərbaycan xalqının böyük gələcəyini qorumaqla məşğuldur”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Fevral 2026, 11:38   
Избранный
148
pravda.az

1Источники