ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqası dünyanın ən yaxşı 41-ci milli çempionatı hesab olunub.
50 çempionatdan ibarət siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.
IFFHS 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.
Misli Premyer Liqası 1991,5 xalla 41-ci sırada yer alıb.
İngiltərə Premyer Liqası (8087) birinci, Braziliya (7735,5) və İtaliya (7510) A seriyaları 2-3-cü yerlərdə qərarlaşıblar. Türkiyə Superliqası (4029,25) 12-ci pillədədir.
Qabil YUSİFOĞLUXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.