Bu arada “Mersedes”in rəhbəri Toto Volff komandanın yeni bolidləri haqda danışıb:
“Mən heç bir çatışmazlıq görmürəm. Heç nəyi şişirtmirəm, hər şeyi olduğundan daha fərqli göstərməyə çalışmıram. Düşünürəm ki, bu maşınlar möhtəşəmdi. Komandamız sürətli maşınları və yaxşı pilotlar ilə yanaşı, sürücülüyə və taktikaya yeni, ağllı yanaşma tətbiq edəcək. Hələ ki bolidlərlə bağlı heç bir problem yoxdu. Nə yalan danışıram, nə də şişirdirəm. Mənə elə gəlir ki, hələ ki hər şey “Formula-1”in tələblərin cavab verir”.