RU

“Ermənistanda iyirmi illik sistem bir gecədə çökə bilər” – Şoyqudan xəbərdarlıq


“Ermənistanda iyirmi il ərzində qurulan dəmiryolu sistemi bir gecədə çökə bilər".
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
O, bildirib ki, Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi düşünülməmiş bir qərardır və ağır nəticələrə səbəb ola bilər.
Şoyqunun sözlərinə görə, bu baş verəcəyi təqdirdə, təxminən iyirmi il ərzində qurulan sistem bir gecədə çökə bilər.
Şoyqu xatırladıb ki, Rusiya təxminən 20 ildir ki, konsessiya müqaviləsinin şərtlərini yerinə yetirir. O bildirib ki, bu müddət ərzində Rusiya investisiyaları 30 milyard rublu keçib və Ermənistan büdcəsinə 15 milyard rubldan çox vergi köçürülüb.
O əlavə edib ki, şirkət 1200-dən çox daşınmaz əmlak obyektini və 12500-dən çox daşınar əmlak vahidini idarə edir.
Onun sözlərinə görə, ildə 500 mindən çox sərnişin və 1,6 milyon tondan çox yük daşınır.
Избранный
56
yeniavaz.com

1Источники