
Amerika Birləşmiş Ştatları Suriyadakı bütün qalan qoşunlarını geri çəkir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ artıq Suriyada təxminən 1000 Amerika əsgərinin çıxarılması üzərində işləyir. Qəzet yazır ki, bu proses təxminən iki ay çəkə bilər.
Mənbələrin bildirdiyinə görə, qərar ABŞ ilə İran arasında artan gərginliklə əlaqəli deyil.