RU

Moskva aeroportlarında əlverişsiz hava şəraiti səbəbindən 19 reys ləğv edilib

Güclü qar yağışı Rusiyanın paytaxtı Moskvanın hava limanlarında 19 reysin ləğvinə səbəb olub, 14 reys gecikib.

"Far.Az" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Ehtiyat aerodromlara altı reys yönəldilib, bundan əlavə 19 reys ləğv olunub. 14 reys isə iki saatdan çox gecikib", - məlumatda bildirib.

Paytaxtda və vilayətdə "narıncı" hava təhlükəsi elan edilib.

Избранный
76
far.az

1Источники