RU

İcraçı direktor: BTQ son iki ildə qlobal dekolonizasiya prosesinin təşviqində nümunəvi fəaliyyət göstərib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 19 fevral, AZƏRTAC

Bakı Təşəbbüs Qrupu son iki ildə qlobal dekolonizasiya prosesinin təşviqində nümunəvi fəaliyyət göstərib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

Müstəqillik hərəkatlarının müstəmləkəçiliyə qarşı apardığı mübarizəyə BTQ-nin dəstəyini ifadə edən icraçı direktor deyib: “Son iki il ərzində 35-dən çox beynəlxalq konfrans və tematik tədbir təşkil etmişik, təxminən 150 tədqiqat aparmışıq, 40-dan artıq hesabat və üç kitab nəşr etdirmişik. Birləşmiş Millətlər Təşkilatına və onun qurumlarına alternativ hesabatlar və bəyanatlar təqdim etmişik”.

A.Abbasov əminliyini ifadə edib ki, Bakı Təşəbbüs Qrupu ilə müstəqillik hərəkatları arasında uğurlu əməkdaşlıq nəticəsində xarici ərazilərin və hələ də müstəmləkə idarəçiliyi altında əziyyət çəkən regionların dekolonizasiyası istiqamətində mühüm nəticələr əldə olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
72
3
azertag.az

4Источники