Rusiyanın paytaxtı Moskvada metroda partlayış baş verib.
Redaktor.az gazeta.ru-ya istinadən xəbər verir ki, hadisə “Bitsevskiy park” stansiyasında qeydə alınıb.
Hadisə qatarın həmin stansiyada dayandırılaraq nasazlığın olub-olmaması yoxlanarkən olub.
Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb.