RU

Danışıqlar apardıq, səhəri gün sanksiya tətbiq etdilər Lavrov

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Alyaska görüşündən bir neçə həftə sonra, tamamilə gözlənilmədən, Tramp administrasiyası "Lukoil" və "Rosneft" şirkətlərinə qarşı sanksiyalar elan etdi".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib. 

"Bundan sonra amerikalıların Hindistandan Rusiya neftini almağı dayandırmasını tələb etdikləri barədə elan yayıldı. Bu yaxınlarda OFAC (ABŞ Maliyyə Nazirliyinin bir bölməsi - Xarici Aktivlərə Nəzarət İdarəsi) Venesuelanın neft sənayesinin fəaliyyətini bərpa etməsinə icazə verən, lakin Rusiya, Çin, İran və Şimali Koreyanın iştirakını qadağan edən bir növ əmr verdi", - Rusiya rəsmisi izah edib. 

Lavrov əlavə edib ki, "Cenevrədə keçirilən genişləndirilmiş hərbi-siyasi danışıqlara əlavə olaraq, amerikalı həmkarlarımızla ikitərəfli iqtisadi işçi qrupu yaratmaq barədə razılığa gəldik. Bu qrup çərçivəsində bütün bu məsələləri müzakirə edəcəyik. Tramp administrasiyası tərəfindən müəyyən edilmiş qarşılıqlı faydaların nə olduğunu anlamaq istəyirik".

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
79
1
unikal.az

2Источники