RU

Zelenski Rusiya və Belarus bayraqlarının Paralimpiya Oyunlarına qaytarılmasına kəskin reaksiya verib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya və Belarus idmançılarının 2026-cı il Paralimpiya Oyunlarında milli rəmzlər altında yarışmasına icazə verilməsi qərarını ədalətsiz hesab edir.

Herbiand.az xəbər verir ki, Zelenski bu barədə britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə bildirib.

“Bunun pulla bağlı olduğunu deyə bilmərəm, çünki dəqiq bilmirəm. Amma bu, hörmət edilə bilməyən çirkli qərardır və dəyərlər baxımından Avropaya xas deyil. Düşünürəm ki, bu, tamamilə dəhşətli və ədalətsiz bir qərardır”, - dövlət başçısı qeyd edib.

Zelenski həmçinin xatırladıb ki, Olimpiya Oyunları zamanı Beynəlxalq Olimpiya Komitəsi ukraynalı skelet yarışçısı Vladislav Qeraskeviçi Rusiyanın Ukraynaya hücumu zamanı həlak olan idmançıların fotoşəkillərinin olduğu dəbilqəsinə görə diskvalifikasiya etmək qərarına gəlib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
72
herbiand.az

1Источники