Mingəçevir şəhərində şəhid Şahin Kərimovla vida mərasimi təşkil olunub.
"Unikal" xəbər verir ki, onunla vida mərasimi Mingəçevir şəhərində, ata evində keçirilib.
Mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri, idarə rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.
Şahin Kərimov Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək Vətənin müdafiəsi naminə xidmət göstərib. Şahin Kərimov 4 aprel 1993-cü ildə şiddətli döyüşlər zamanı itkin düşmüşdü.