RU

Reuters: “Avropa kəşfiyyatı bədbindir”

AzVision.az xəbər verir ki, adlarının açlqlanmasını istəməyən mənbələrə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

Agentliyin mənbələrindən biri Cenevrə danışıqlarını“teatr tamaşası” adlandırıb. Digər mənbələr Rusiyanın niyyətlərinə şübhə ilə yanaşdıqlarını bildiriblər.

“Əgər ruslar Ukrayna qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı güzəştləri əldə etsələr, düşünürəm ki, bu, əsl danışıqların başlanğıcı ola bilər. Həm də Kiyevin avropalı müttəfiqlərin danışıqlara qoşulması çağırışlarına baxmayaraq,Avropanın Moskva ilə danışıqlarda“çox məhdud”təcrübəsi var”, - daha bir mənbə agentliyə açıqlamasında bildirib.

Xatırladaq ki, Rusiya, Ukrayna və ABŞ 17-18 fevralda Cenevrədə danışıqlar aparıblar. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqları çətin, lakin işgüzar adlandırıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt, öz növbəsində, İsveçrədəki görüşdə əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib. Onun sözərinə görə, Rusiya və Ukrayna sülh müqaviləsi üzərində birgə işləməyə davam etmək barədə razılığa gəliblər.

Bununla belə, Rusiya prezidentinin mətbuat katibiDmitri Peskov danışıqların nəticələrini qiymətləndirməyin hələ tez olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az

Избранный
35
1
azvision.az

2Источники