RU

"Məhkəmənin Vardanyanla bağlı qərarı 30 illik münaqişənin simvolik və məntiqi yekunudur" - Hikmət Hacıyev

Məhkəmənin Ruben Vardanyanla bağlı qərarı yalnız ədalətin yerinə yetirilməsi deyil, həm də azərbaycanlılara böyük əzab-əziyyətlər gətirən təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasını tələb edən bəzi dairələr — Avropa Parlamenti üzvləri və Amnesty International kimi təşkilatlar da daxil olmaqla — tamamilə mənəvi və etik deyil. Prezident İlham Əliyevin France 24-ə verdiyi müsahibədə dediyi kimi:

"İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.... Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi".

Избранный
92
1
redaktor.az

2Источники