RU

"Anamın əlində bıçaq gördüm" - Ərini qətlə yetirən qadının məhkəməsi

Ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəməsi davam şahidlər etdirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə uşaq ifadə verib.

"Atamla anam eyvanda dalaşıb qonaq otağına keçdilər. Atam bəzi vaxtlarda içki içirdi. Anamın əlində bıçağı gördüm. O, bıçaqla nəsə doğrayırdı" 

Məhkəmə təcili yardıma kimin zəng etməsi ilə bağlı 103-ə sorğu yollaması ilə bağlı qərar verildi. Çünki müəyyənləşməlidir ki, təqsirləndirilən şəxs təcili yardıma zəng edib ya yox? 

Zərərçəkmiş şəxsin hüquqi varisi isə bildirib ki, heç bir barışıq əldə edilməyib və şikayətçidi.

Məhkəmənin növbəti iclası martın 5-nə təyin edilib.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Избранный
73
unikal.az

1Источники