RU

Ekspert: "Kapital Bank"da kritik sahəyə xarici vətəndaşın rəhbərlik etməsi absurd vəziyyətdir...

Osman Gündüz: m10 insidenti artıq fintex problemi yox, milli təhlükəsizlik məsələsidir...

"m10 ətrafında baş verənlər getdikcə daha ciddi miqyas alır. Artıq söhbət milyonlarla, hətta bəzi mənbələrə görə milyardlarla manatlıq dövriyyədən getdiyi bildirilir".

Poliqon xəbər verir ki, bu barədə Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb. Ekspertə görə m10 ətrafında baş verənlər sıradan bir hadisə deyil, milli təhlükəsizliklə bağlı məsələdir.

"m10 ətrafında baş verənlər getdikcə daha ciddi miqyas alır. Artıq söhbət milyonlarla, hətta bəzi mənbələrə görə milyardlarla manatlıq dövriyyədən getdiyi bildirilir. Bu günlərdə məlumat verildi ki Mərkəzi Bankda fintex rəhbərləri ilə görüş keçirilib. Güman ki baş verənlər orada da müzakirə predmeti olub.
Hələlik MB bununla bağlı açıqlama verməyib.

Görünən odur ki, elektron pul və fintex sektorunda problemlər hələ də qalır", deyə Osman Gündüz qeyd edir.

Ortada böyük miqyaslı kiber insident olduğunu vurğulayan ekspert hesab edir ki, bu məsələ ilə istər DTX, istərsə də DİN məşğul olmalıdır.

"m10-nun, PashaPay-in kritik informasiya infrastrukturu siyahısına daxil olub-olmadığı ictimaiyyətə məlum deyil, çünki bu siyahı qapalıdır. Amma istənilən halda ortada böyük miqyaslı kiber insident var. Bu, istər DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin, istərsə də DİN -nin Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin perimetrinə daxil olmasından asılı olmayaraq çox ciddi hadisəsidir".

Osman Gündüz "Kapital Bank"da da bu sahəyə xarici vətəndaşın rəhbərlik etdiyinə diqqət çəkərək bildiri ki, qanunvericilikdə kritik infrastrukturu audit edən şəxsin mütləq Azərbaycan vətəndaşı olması tələbi var və Kapital Bank bu tələbləri pozub.

"Bir məqam da xüsusi diqqət çəkir. Bank sektorunda kiber fırıldaqlar mövzusunda əvvəllər də qeyd etmişdim ki, bankların data və İT mərkəzlərində, xüsusilə rəhbər səviyyəsində xarici vətəndaşların olması əlavə risklər yaradır

Maraqlıdır ki , m10-un "söykəndiyi" "Kapital Bank"da da bu sahəyə xarici vətəndaş rəhbərlik edir. Yeni qanunvericilikdə kritik infrastrukturu audit edən şəxsin mütləq Azərbaycan vətəndaşı olması tələbi var. Amma həmin kritik sistemlərə rəhbərlik edən şəxsin vətəndaşlığı ilə bağlı konkret tələb mövcud deyil. Yəni , absurd vəziyyətdir, yoxlayan mütləq ölkə vətəndaşı olmalıdır, yoxlanılana rəhbərlik edən isə xarici ola bilər.

Ümid edirəm ki, məsələ bütün aidiyyəti qurumların diqqətindədir və baş verənlər obyektiv araşdırılır", deyə ekspert yazıb.

Poliqon.info

Избранный
73
1
poliqon.info

5Источники