RU

Təzə Pir məscidinə bağlı keçiddən daşlar “domino” kimi nəqliyyat vasitələrinin üzərinə tökülür - VİDEO

Abşeron rayonu, Mirzə Fətəli Axundov küçəsi 7 ünvanında yerləşən Təzə Pir məscidi ətrafında təhlükəli vəziyyət yaranıb.

Patrul.az-a daxil olan məlumata görə, məscidə bağlı olan keçid qəzalı vəziyyətdədir.
Belə ki, keçiddən qopan daşların həmin ərazidə hərəkətdə olan nəqliyyat vasitələrinin üzərinə töküldüyü bildirilir.
“Onlarla insan gəlib gedir bura. Domino daşı kimi keçən avtomobillərin üzərinə tökülür”, – deyə vəziyyətdən narahat olan vətəndaş bildirib.
Videogörüntülərdə konstruksiyadan dəmir hissələrin çıxdığı da aydın görünür.
Məlumata görə, bu problem aylardır davam edir və indiyədək əsaslı tədbir görülməyib.
Sözügedən keçidin təmir olunması və təhlükəsizliyin təmin edilməsi üçün aidiyyəti qurumlar tərəfindən təcili tədbirlər görülməsi xahiş olunur.
Избранный
45
yenilik.az

1Источники