RU

"Qara Sivilizasiya" Muzeyinin kuratoru: Biz istismarçı və talançı reallıqlar çərçivəsində yaşamaq məcburiyyətində deyilik

Bakı, 19 fevral, AZƏRTAC

Belə konfranslar dünyanın müxtəlif yerlərindən olan insanları dialoq üçün bir araya gətirir. Afrika diasporu çox genişdir və bu kimi məsələləri müzakirə etmək üçün hər zaman bir araya gəlmək imkanı olmur. Bu baxımdan, dekolonizasiya və müstəmləkəçilik mövzusunda keçirilən belə görüşlər mühüm əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında dekolonial tədqiqatlar sahəsində multidisiplinar tədqiqatçı, "Qara Sivilizasiya" Muzeyinin kuratoru Natali Elizabet Mba Bikoro söyləyib.

O bildirib ki, müstəmləkəçilik əsrlər boyu mövcud olmuş bir sistemdir və onu tək bir proqram və ya bir konfrans vasitəsilə aradan qaldırmaq mümkün deyil. Bu, uzunmüddətli və dərin bir proses tələb edir.

"Əgər biz bu gün də ekosid və soyqırımı halları ilə üzləşir, insanların hər gün amansızcasına qətlə yetirildiyinin şahidi oluruqsa, deməli, dəyişikliklərə ciddi ehtiyac var. Bu halların davam etməsi göstərir ki, qarşıda hələ görüləcək çox iş var. Biz istismarçı və talançı reallıqlar çərçivəsində yaşamaq məcburiyyətində deyilik”, - deyə Natali Elizabet Mba Bikoro vurğulayıb.

Избранный
96
3
azertag.az

4Источники