Bakı. Trend:
Gəncə avtomobil zavodu İstehsalat Birliyi sosial layihələrireallaşdırmaqda davam edir. Müəsisə bu dəfə xüsusi qayğıya vədiqqətə ehtiyacı olan uşaq evinin yetkinlik yaşına çatanyeniyetmələrinin işlə təminatına dəstək verməklə bağlı layihəyəstart verib. Müəssisənin mətbuat xidmətindən verilən məlumata görəbu missiyanı həyata keçirmək məqsədilə Gəncədə yerləşən “4 saylıuşaq evi sosial xidmət müəssisəsi” publik şəxs və Gəncə avtomobilzavodu İstehsalat Birliyi arasında niyyət sazişi imzalanıb. Sənədəəsasən hər iki müəssisə arasında yetkinlik yaşına çatmışyeniyetmələrdən işlə təmin olması razılaşdırılıb və artıq uşaqevinin 3 yetirməsi ilə Azərbaycan qanunvericiliyinə uyğun olaraq0,5 ştat vahidilə 4 saatlıq iş rejiminə uyğun əmək haqqıödənilməklə rəsmi əmək müqaviləsi imzalanıb. İşə götürülən həmin 3yeniyetmə zavodun digər əməkdaşları kimi xüsusi geyimlə, daşınmaüçün nəqliyyatla və nahar yeməyi ilə təmin olunublar.
Bu gün Gəncə şəhər İcra hakimiyyəti başçısının müavini AdilTağıyev Gəncə avtomobil zavodu İB-də olub və işə qəbul olunan 4saylı uşaq evi sosial xidmət müəssisəsi publik şəxsin 3 yetirməsiilə görüşüb. Yığım xəttində fəaliyyətə başlayan yeniyetmələrləmaraqlanan başçının müavini iş başında onlara yaradılan şəraitləyaxından tanış olub.
Gəncə avtomobil zavodu İB-nın direktoru Amin Əliyev 4 saylı uşaqevi sosial xidmət müəssisəsinin yetirmələrinin işlə təmin olunmasıüçün imzalanan ikitərəfli razılaşmanın həssas qrupdan olanyeniyetmələrin gələcəkdə cəmiyyətə inteqrasiyası məqsədilə işlətəmin olunması istiqamətində vacib addım kimi dəyərləndirib.Direktor vurğulayıb ki, müəssisədə müxtəlif peşələrdə və müxtəlifyığım sahələrində çalışmaq mümkündür və uşaq evinin yetirmələriüçün bütün lazım şəraiti yaradılacaq ki, onlar orta məktəbtəhsillərini başa vurduqdan sonra peşəkar mütəxəssislər yanındaistədikləri ixtisaslara yiyələndikdən sonra işlə təminolunsunlar.
Yeniyetmələrlə görüş zamanı Adil Tağıyev Gəncə avtomobil zavoduİB-nın bu xeyirxah sosial layihəsinin əhəmiyyətini çox yüksəkqiymətləndirib:
“Gəncə avtomobil zavodu İstehsalat Birliyinin rəhbərliyinin butəşəbbüsü hamımız üçün çox sevindiricidir. Yetkinlik yaşınaçatdıqdan sonra həssas qrupdan olan uşaq evinin yetirmələrini işlətəmin etmək, onların gələcəkdə cəmiyyətə inteqrasiyasında mühüm roloynamaq minnətdarlığa layıqdir. Ümid edirik ki, şəhərimizdəfəaliyyət göstərən digər müəssisələr də bu xeyirxah layihəyəqoşulacaqlar. Çünki gənclərin gələcəkdə əsl vətəndaş kimiyetişmələri üçün bu cox alicənab əməldir” deyə Adil Tağıyevvurğulayıb. Başçının müavini yeniyetmələrlə söhbət zamanı qeyd edibki, ölkə başçısı İlham Əliyev gənclərə daim diqqət və qayğıgöstərilməsi ilə bağlı göstərişləri Azərbaycan gəncliyinin günügündən inkişaf etməsinə dəstək olmasına səbəb olur. O gənclərəgələcək fəaliyyətlərində uğurlar arzu edib və ümid etdiyinibildirib ki, Gəncə avtomobil zavodu İB-nın rəhbərliyi tərəfindənonlara göstərdikləri etmadı doğruldacaqlar.
Görüş zamanı 4 saylı uşaq evi sosial xidmət müəssisəsininyetirmələri onlara göstərilən etimada və yaradılan şəraitə görəGəncə avtomobil zavodu İB-nın rəhbərliyinə öz minnətdarlıqlarınıbildiriblər. Onlar vurğulayıblar ki, fevralın 2-də Gənclər günündəmüəssisə ilə tanışlıqdan sonra onlarda zavodla bağlı çox yüksəktəəsürat yarandı və bu gün burada ilk əmək fəaliyyətlərinəbaşladıqları üçün sevinclidirlər:
“Birliyin rəhbərliyi, bütün kollektiv bizi çox isti və səmimiqarşıladılar. Öz doğmaları kimi bizimlə davranırlar. Səbrlə,hövsələ ilə bizə peşələrin sirrlərini öyrədirlər. Bəzən nəyisə başadüşməyəndə dəfələrlə onu izah edirlər. Nəqliyyatla, geyimlə,yeməklə təmin ediblər. Hər kəsə bizə göstərdikləri diqqət vəqayğıya görə minnətdarıq” deyə yeniyetmələr bildiriblər.