RU

“Aqroservis” Rusiya şirkətindən 136 milyon manatlıq gübrə alır

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti Ammofos 12:52 markalı gübrənin satın alınması ilə bağlı iri məbləğli müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, satınalma çərçivəsində təchizatçı qismində Rusiyada qeydiyyatdan keçmiş АО Минерально-Химическая Компания ЕвроХим çıxış edir.

Müqavilənin ümumi məbləği 136 393 951 manat təşkil edir.

Ammofos 12:52 yüksək fosfor tərkibli mineral gübrə olmaqla, əsasən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması məqsədilə istifadə olunur.

Избранный
73
banker.az

1Источники