RU

Soyuqdəymənin gizli səbəblərindən biri də budur -Həkimdən ÇAĞIRIŞ

Həkim David Kalleho bildirib ki, tez-tez soyuqdəymənin gözlənilməz səbəblərindən biri diş fırçası ola bilər.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Deia" nəşri yayıb.

Kalleho diş fırçasını soyuqdəymə, ishal və ya ağız boşluğunun hər hansı infeksiyası zamanı patogenlərin çoxalması üçün “lüks otel” adlandırıb. Həkim xəbərdarlıq edib ki, sağaldıqdan sonra diş fırçası dəyişdirilməzsə, xəstəliyin təkrar baş vermə riski artır.

Bundan əlavə, mütəxəssis qeyd edib ki, diş fırçası ailə üzvlərinin fırçaları ilə yanaşı saxlanıldıqda, infeksiya digər şəxslərə də keçə bilər.

“İnfeksiyadan sonra eyni diş fırçasından istifadə etmək, duş qəbul edib sonra çirkli alt paltarı geyinməyə bənzəyir”, – deyə Kalleho vurğulayıb.

Aytəkin TOFİQQIZI

Избранный
74
1
redaktor.az

2Источники