RU

Aİ Rusiyaya Ukrayna ilə bağlı tələblərini təqdimETDİ

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas qurum adından Rusiyaya Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı bir sıra tələblər irəli sürüb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, diplomat Aİ-yə üzv ölkələrin rəhbərlərinə Moskvanın Kiyevlə münaqişənin həlli üçün etməli olduğu güzəştləri əks etdirən sənəd təqdim edib. Tələblər sırasında Rusiya qoşunlarının sayının azaldılması və müəyyən ərazilərdən çıxarılması yer alır. Bu addımların Ukraynanın atacağı analoji tədbirlərə cavab olaraq həyata keçirilməsi təklif olunur.

Sənəddə həmçinin Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərin demilitarizasiyası, ölkə qanunvericiliyinin beynəlxalq müqavilələrdən üstün tutulmasına dair normaların ləğvi və reparasiyaların ödənilməsi kimi məsələlər də əksini tapıb.

Gözlənilir ki, sənəd fevralın 23-də Brüsseldə keçiriləcək Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq. Sənəddə vurğulanır ki, Ukraynada sülh “Aİ-nin danışıqlar masasında iştirakı və onun əsas maraqlarının nəzərə alınması olmadan” mümkün deyil.

Nuriyyə NATİQQIZI

Избранный
90
redaktor.az

1Источники