RU

Rusiya-İran təlimləri əvvəlcədən planlaşdırılıb - ABŞ ilə əlaqəsi yoxdur - Kreml

Rusiya ilə İran arasında keçirilən birgə dəniz təlimləri ABŞ ilə artan gərginliklə bağlı deyil. 

Missiya.Az xəbər verir ki, bu barədə Kremlinin sözçüsü Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, təlimlər əvvəlcədən planlaşdırılıb və razılaşdırılıb.

Peskov qeyd edib ki, Rusiya İranla münasibətləri inkişaf etdirməyə davam edir və Yaxın Şərqdə artan gərginlik fonunda bütün tərəfləri təmkinli olmağa, məsələlərin siyasi-diplomatik yollarla həllinə üstünlük verməyə çağırır.

O, həmçinin ABŞ, Rusiya və Ukrayna arasında Cenevrədə keçirilən danışıqların hələ ictimaiyyətə açıqlanacaq mərhələdə olmadığını vurğulayıb.

Seyranə QuliyevaMissiya.Az

Избранный
52
missiya.az

1Источники