RU

Ukraynada ana əsir düşən oğlunun 4 milyonunu oğurlayaraq XARİCƏ QAÇDI

Ukraynada ana əsir düşən oğlunun 4 milyonunu oğurlayaraq xaricə qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Ukraynanın Rovno vilayətində sarsıdıcı ailə xəyanəti qeydə alınıb. Bir qadın oğlu əsirlikdə olduğu müddətdə onun adına toplanan 4 milyon qrivnanı (təxminən 164 000 manat) oğurlayaraq yaşamaq üçün xaricə yollanıb.

Məlumata görə, hərbçi əsirlikdə olduğu müddətdə ailəsi hər ay dövlət tərəfindən 125 min qrivna (təxminən 5 125 manat) məbləğində ödəniş alıb.

Ana bu pulları mənimsəməklə kifayətlənməyib, həmçinin oğlunu qeydiyyatda olduğu mənzildən də çıxarıb.

Hazırda məsələ ilə bağlı məhkəmə araşdırması davam edir. Əsirlikdən qayıdan və anasının xəyanəti ilə üzləşən gənc isə yenidən cəbhəyə, döyüş bölgəsinə qayıdıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
54
interpress.az

1Источники