RU

İKTA və “ComCom” rəsmiləri arasında görüş keçirilib

Bakı.Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrətənzimləyici qurumu İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyinin (İKTA) və Gürcüstanın rabitə tənzimləyici qurumu olanKommunikasiya Komissiyasının (ComCom) rəsmiləri arasında görüşolub.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)məlumat yayıb.

Bildirilir ki, görüşdə İKTA-nın Tənzimləmə departamentinindirektoru Tural Zərbəliyev son dövrlərdə Azərbaycan istiqamətindəartan dələduzluq məqsədli zənglərlə bağlı narahatlıqları diqqətəçatdırıb. Bildirilib ki, sözügedən zənglərin əksər hissəsiAzərbaycanın milli nömrələmə formatını təqlid edən və Gürcüstanınbeynəlxalq telefon kodu 995 ilə təqdim olunan nömrələrdən həyatakeçirilir.

Müzakirələr zamanı dələduzluq hallarının qarşısının alınmasıməqsədilə təklif olunan həll yolları ətrafında fikir mübadiləsiaparılıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin regionaltelekommunikasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfəverəcəyini vurğulayıblar. Qeyd olunub ki, belə görüşlər operativinformasiya mübadiləsinin qurulması, risklərin vaxtındamüəyyənləşdirilməsi və koordinasiyalı fəaliyyətin həyatakeçirilməsinə şərait yaradır.

Həmçinin vurğulanıb ki, kiberdələduzluq və saxta zənglərə qarşımübarizə üzrə regional əməkdaşlığın gücləndirilməsi, qabaqcılbeynəlxalq təcrübənin paylaşılması və texniki imkanlarınuyğunlaşdırılması dayanıqlı həllərin formalaşdırılmasında mühüm roloynayacaq.

Избранный
112
5
az.trend.az

7Источники