RU

Abşeronda 2025-ci ilin sosial-iqtisadi inkişafına dair hesabat yığıncağı keçirilib

Abşeron rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Publika.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Ramid Namazov, Rizvan Nəbiyev, Nigar Məmmədova, Zaur Şükürov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Habil Əzənmədov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, regional idarə rəisləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Ümummilli Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş tarixi qələbə ölkəmizdə yeni reallıqlar və inkişaf imkanları yaradıb. Dövlət siyasətinin sosialyönümlü xəttinin gücləndirilməsində və humanitar təşəbbüslərin genişlənməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, 2025-ci ildə də Abşeron rayonunda mühüm uğurlar və nailiyyətlər, rayonun sosial-iqtisadi inkişafında irəliləyişlər əldə olunmuş və vətəndaşların rifahı təmin edilmişdir. Rayon üçün ötən ilin ən əlamətdar hadisələri isə Prezident İlham Əliyevin Abşeron rayonuna səfərləri olmuşdur. Dövlət başçısı tərəfindən Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-yə məxsus müasir dərman istehsalı müəssisəsinin, həmçinin Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı həyata keçirilmişdir. Bu layihələr rayonun sənaye və enerji potensialının gücləndirilməsində mühüm rol oynayır.

Избранный
109
9
publika.az

10Источники