RU

Yıldız Tilbedən 510 minlik humanitar yardım

Türkiyəli müğənni Yıldız Tilbe Qəzza bölgəsinə irihəcmli humanitar yardım göndərib.

“Yeni Sabah” NTV-yə istindla xəbər verir ki, o, Ramazan ayı münasibətilə 12 min nəfərlik iftar süfrəsinin təşkil olunmasına kömək edib.

59 yaşlı müğənni  ötən ay Qəzzada həyata keçirilən çadır şəhərciyi layihəsinə 300 min ABŞ dolları (təxminən 510 min manat) məbləğində maliyyə dəstəyi göstərib. Bu vəsait hesabına bölgədə iki ayrı çadır şəhərciyinin yaradılmasına başlanılıb.

Qüds Könüllüləri Dərnəyinin bəyanatında bildirilib ki, Yıldız Tilbe çadır şəhərciklərinin qurulmasından sonra Ramazan ayı üçün də əlavə yardım göstərib.

Açıqlamada qeyd olunub ki, sənətçi 12 min nəfər üçün iftar süfrəsinin hazırlanmasına dəstək verib və bu təşəbbüs Ramazan ayında ehtiyac sahibi ailələrə mühüm yardım olacaq.


Telegram kanalımız
Избранный
24
yenisabah.az

1Источники