RU

Gürcüstanın elektrik enerjisi idxalında Azərbaycanın payı kəskin azalıb

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 4,90 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrosistemi SC-nin hesabatında bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə elektrik enerjisinin həcmində 29,5 dəfə azalma qeydə alınıb.

Yanvarda Gürcüstan ümumilikdə 576,28 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib ki, bunun da yalnız 0,85%-i Azərbaycanın payına düşüb. 2025-ci ilin eyni ayında Azərbaycan Gürcüstanın elektrik enerjisinə olan tələbatının 43,24%-ni ödəmişdi.

Hesabat ayında qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü 388,96 milyon kilovatt/saatla (ümumi idxalın 67,49%-i) Rusiya olub. Ermənistan və Türkiyədən idxal olunan elektrik enerjisinin həcmi isə müvafiq olaraq 63,65 milyon kilovatt/saat və 118,78 milyon kilovatt/saat təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
3
apa.az

5Источники