RU

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildi işıq üzü görüb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildi - Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, ilk nəşrindən təqribən 75 il sonra daha mükəmməl şəkildə yenidən işıq üzü görən monoqrafiya mühacirət ədəbiyyatşünaslığında orta əsrlər ədəbiyyatımız haqqında ən sanballı araşdırma olmaqla yanaşı, dünya nizamişünaslığının mühüm nailiyyətlərindəndir. Müəllifin həm Şərq, həm də Avropa tarixinə, mədəniyyətinə, ədəbiyyatına, ictimai-siyasi, fəlsəfi-estetik fikrinə dair ensiklopedik bilik sahibi olması, zəngin mənbələr əsasında dahi söz ustasının poetik işini müxtəlif yönlərdən yüksək elmi-nəzəri səviyyədə araşdıraraq, Nizami şeirinin dərin qatlarına nüfuz edə bilməsi əsərin uğurunu şərtləndirmiş amillərdəndir.

Cildi nəşrə hazırlayanlar filologiya elmləri doktoru Nikpur Cabbarlı, elmi işçilər Aysel Əfəndiyeva, Lalə Paşayeva, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, redaktoru isə Hülya Cəbiyevadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
78
1
azertag.az

2Источники