RU

Vitkoff və Kuşnerin bilik və təcrübəsi YOXDUR

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“ABŞ Prezidenti Donald Trampın yaxın dostu Stiv Vitkoff və kürəkəni Cared Kuşneri Ukrayna böhranı və İranın nüvə proqramı üzrə danışıqları eyni vaxtda idarə etmək üçün vəzifələndirməsi beynəlxalq münasibətlər ekspertləri arasında ciddi narahatlıq yaradıb”. 

"Cebheinfo.az" xəbər verir ki, "Reuters" agentliyinin analitiklərə istinadən yaydığı xəbərə görə, hər iki şəxsin bu cür mürəkkəb diplomatik proseslər üçün zəruri olan "dərin bilik və təcrübədən məhrum" olduğu bildirilir. 

Nyu-Yorkun keçmiş daşınmaz əmlakçısı olan Vitkoff və Tramp administrasiyasında daha əvvəl Yaxın Şərq sülh planı üzərində işləyən Kuşner Cenevrədə Rusiya və İran kimi təcrübəli danışıqlar qrupları ilə masaya əyləşiblər. “Reuters”-ə danışan ekspertlər bu vəziyyəti "təəccüblü" və "riskli" kimi qiymətləndirirlər. 

“Reuters”-in rəyini öyrəndiyi bir analitik Vitkoff və Kuşnerin üzərinə götürdüyü missiyanı bu sözlərlə tənqid edib:

"Bütün bunlar təcili yardıma iki kritik xəstənin gəldiyi və tək həkimin heç birinə kifayət qədər vaxt ayıra bilmədiyi bir ssenarini xatırladır. Bu da uğursuzluq ehtimalını artırır".

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın beynəlxalq münasibətlər üzrə müşaviri Brett Bruen isə Tramp rəhbərliyinin bu yanaşmasını "kəmiyyətə keyfiyyətdən daha çox önəm vermək" kimi şərh edib: 

"İki problemi eyni vaxtda, eyni yerdə həll etməyə çalışmaq o qədər də ağıllı addım deyil”. Mətbuat  Tramp administrasiyası rəsmilərinin daha əvvəl Kuşner və Vitkoffu tənqidlərə qarşı müdafiə etdiyini xatırladıb. 

Ağ Evdən verilən açıqlamalarda ikilinin razılaşma əldə etmə bacarıqlarına, Prezident Trampın onlara duyduğu xüsusi etimada və ənənəvi diplomatiya üsullarının Ukrayna və İran mövzularında uğursuz olduğuna diqqət çəkilib. 

Lakin tənqidçilər Vitkoff və Kuşnerin daha əvvəl heç bir mürəkkəb beynəlxalq müqaviləyə vasitəçilik etmədiyini və Rusiya ilə İran kimi aktorlar qarşısında çətinlik çəkəcəklərini müdafiə edirlər. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
1
cebheinfo.az

2Источники