RU

Politoloq: “Proses milli və beynəlxalq hüquqa uyğun aparılıb”

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, fevralın 17-də baş tutan məhkəmə iclasında Ermənistan vətəndaşı Ruben Vardanyanla bağlı cinayət işinə baxılıb.

Nəticədə o, Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silah dövriyyəsi, cinayətkar təşkilat yaratmaq və digər ağır cinayət maddələri ilə təqsirli bilinib.

Beləliklə, məhkəmə Vardanyana 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Cəzanın ilk 10 ilinin həbsxanada, qalan hissəsinin isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb.

Məsələ ictimaiyyətdə də birmənalı qarşılanmayıb.

Bəs bu barədə siyasi şərhçilə nə deyir?

Politoloq Turan Rzayev Gununsesi.info-ya bildirib ki, Azərbaycan hüquq sistemi çərçivəsində hər bir məhkəmə prosesi, o cümlədən Vardanyanla bağlı cinayət işi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılıb:

“Qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilib, bütün sübutlar açıq məhkəmə iclaslarında təqdim olunub, prosesin hər mərhələsi şəffaf şəkildə sənədləşdirilib”, -siyasi şərhçi deyib.

O, həmçinin bildirib:

“Ümumiyyətlə, Ruben Vardanyanın törətdiyi cinayətlər açıq və çoxşaxəlidir. Belə ki, o, təcavüzkar müharibəni planlaşdırmaq və aparmaq, mülki əhalini məcburi köçürmək, zorakılıq yolu ilə insanları yox etmək, beynəlxalq humanitar hüquq normalarını pozmaq, qanunsuz silah dövriyyəsi və terrorçuluq fəaliyyəti, cinayətkar təşkilat yaratmaq, dövlətin konstitusiya quruluşunu zorla dəyişməyə cəhd və digər qanun pozuntularına yol verib”.

Siyasi şərhçi onu da bildirir ki, cəzanın ölçüsü, həbsxana və ciddi rejimli müəssisədə çəkilməsi isə törədilmiş cinayətin ağır xarakterinə uyğun olaraq seçilib.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
78
icma.az

1Источники