RU

Məhsuldarlığı məhv edən təhlükə: Qusarda böcəklərə qarşı feromon tələlər quraşdırılır VİDEO

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qusarın bir neçə yaşayış məntəqəsində qəhvəyi mərmər bağacığı zərərvericisinin kütləvi yayılması müşahidə olunur. Evlərə və təsərrüfat sahələrinə hücum edən bu böcəklər sakinlər arasında ciddi narahatlıq yaradır.

Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Məhsuldarlığı məhv edən təhlükə: Qusarda böcəklərə qarşı feromon tələlər quraşdırılır - VİDEO

Kənd sakinlərindən birinin sözlərinə görə, zərərvericilər pəncərələrdən evlərin içinə daxil olur: "Onların çox kəskin və pis qoxusu var. Bu böcəklər ağacların yarpaqları ilə qidalanır ki, bu da birbaşa məhsuldarlığın azalmasına səbəb olur. Aidiyyəti qurumlardan xahiş edirik ki, vaxtında profilaktik tədbirlər görülsün. Çünki bu zərərvericinin bir fərdi 200-300 yumurta qoyur. Əgər bir böcək vaxtında məhv edilməsə, qısa müddətdə yüzlərlə yeni fərdlə üz-üzə qalırıq".

Qusar Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, mərmər bağacığına qarşı rayonda artıq bir sıra tədbirlər görülüb: "Hazırda 63 yaşayış məntəqəsində 800 feromon tələ quraşdırılıb. Aşkarlanan yüzlərlə yetkin fərd mexaniki üsulla məhv edilib. Bölgədə monitorinqlər və sakinlərlə maarifləndirmə işləri mütəmadi olaraq davam etdirilir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
oxu.az

1Источники