RU

Azərbaycan yanvarda Gürcüstandan avtomobil idxalını 54 faiz azaldıb

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 10,2 milyon ABŞ dolları dəyərində 268 ədəd avtomobil ixrac edib.

Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 54 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Yanvarda Gürcüstan xarici ölkələrə 100,7 milyon ABŞ dolları dəyərində 3 min 730 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 23 % və 33 % azdır.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 48 milyon ABŞ dolları dəyərində 1 min 119 ədəd, Qazaxıstana 23,5 milyon ABŞ dolları dəyərində 1 min 409 ədəd, Tacikistana 5 milyon ABŞ dolları dəyərində 338 ədəd, Birləşmiş Ərəb Əmirliklərinə 4,2 milyon ABŞ dolları dəyərində 12 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,81 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.

Oxunub 32

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
121
1
avtosfer.az

2Источники