RU

Vamiq Məmmədəliyev: Ramiz Quliyev ifaçılığı və sənətə bağlılığı ilə seçilən sənətkar idi

Bakı, 19 fevral, AZƏRTAC

Ramiz Quliyev zəngin təcrübəyə malik sənətkar idi. Onun fəaliyyət göstərdiyi dövrdə tarzənlərin sayı çox az idi və həmin sənətkarlar arasında Ramiz Quliyev öz yüksək ifaçılığı ilə seçilirdi. O, hər zaman sənətkara düzgün qiymət verir, sənətə böyük hörmətlə yanaşırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xalq artisti, tarzən, pedaqoq, professor Vamiq Məmmədəliyev bildirib.

“Ramiz Quliyev bir çox ölkələrdə tanınan şəxsiyyət idi. Onun səmimiyyəti və sənətə bağlılığı sənətkarı Avropada və digər ölkələrdə də sevilən bir insana çevirmişdi. Bu gün gənclər arzulayırlar ki, Ramiz Quliyevin yolu ilə getsinlər və onun formalaşdırdığı ifaçılıq məktəbini davam etdirsinlər”, – deyə Xalq artisti vurğulayıb.

Избранный
97
2
azertag.az

3Источники