RU

Bazarda qiymətlər artacaq?

1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Bəs sosial ödənişlərin artımı bazarda ərzaq məhsullarının qiymətlərinə təsir göstərə bilər?İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında pensiyaların, təqaüdlərin və maaşların artımı bazarda müəyyən ajiotaj yaratdığını, qiymətlərin yüksəlməsinə təkan verdiyini təsdiqləyib. Ancaq onun sözlərinə görə qiymət artımının əsas səbəbi bu deyil: “Başlıca səbəb yerli istehsalın zəif olmasıdır. Ərzaq məhsullarında təxminən 75% idxaldan, yəni xaricdən asılıyıq və qiymətlərə ən çox təsir edən amil də məhz budur. Digər tərəfdən, vergi-gömrük siyasəti kifayət qədər çevik deyil. Məsələn, Türkiyə təcrübəsinə baxdıqda görmək olur ki, orada ay ərzində bir neçə dəfə müxtəlif qərarlar qəbul edilir, bəzi ərzaqlarda əlavə dəyər vergisi artırılır, digərlərində azaldılır və bazar bu üsulla tənzimlənir. Hətta yaxın vaxtlarda daxili bazarda qiymətlərin enməsi üçün toyuq ətinin ixracına qadağa da tətbiq edilmişdi. Yəni hökumətin əlində kifayət qədər alətlər var ki, onlardan istifadə edərək bazarda qiymətləri ucuzlaşdıra, tənzimləyə və ən azı bahalaşmanın qarşısını ala bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
59
metbuat.az

1Источники