BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı nazirlər səviyyəsində keçirilən iclasında İsrail xarici işlər naziri Gideon Saar Rusiya nümayəndəsi Vasili Nebenzyanın çıxışına sərt cavab verib.
Çıxışı zamanı rusiyalı diplomat beynəlxalq hüquq, işğal və Yaxın Şərqdəki ərazilərin ilhaqı ilə bağlı fikirlərini bölüşüb. Saar bu “fikirləri” dinləyərkən hisslərini çətinliklə saxlaya bildiyini söyləyib.
“Rusiya Federasiyası nümayəndəsinin beynəlxalq hüquq, işğal, ərazilərin ilhaqı və münaqişələrin sülh yolu ilə həlli barədə danışdığını eşitmək gülməli idi. Onun çıxışı zamanı ucadan gülməkdən özümü güclə saxlaya bildim”, – deyə İsrail xarici işlər naziri bildirib.
//Samir Qurbanov, Editor.az