RU

Ən uzun və ən qısa oruc tutulacaq ölkələr bilindi

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Bu il Ramazan ayı yaz bərabərliyi dövrünə təsadüf etdiyi üçün dünya miqyasında oruc saatları arasındakı fərq əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bununla belə, coğrafi mövqedən asılı olaraq müsəlmanların ac və susuz qalma müddəti hələ də fərqlidir.Demokrat.az xəbər verir ki, 2026-cı ilin Ramazan xəritəsinə əsasən, ən uzun oruc müddəti cənub yarımkürəsində qeydə alınır. Yeni Zelandiyanın Kraystçerç şəhərində yaşayan müsəlmanlar ayın ilk günlərində təxminən 15 saat 22 dəqiqə oruc tutmalı olacaqlar. Çili və Argentinanın cənub bölgələrində də bu müddət 15 saatdan çoxdur.Dünyanın ən qısa oruc müddəti isə şimal ölkələrində müşahidə edilir. Finlandiyanın paytaxtı Helsinkidə orucun müddəti təxminən 11 saat 53 dəqiqə təşkil edir. İslandiya və Qrenlandiya kimi bölgələrdə də oruc saatları 12 saata yaxındır. Bu fərqlilik Ramazan ayı boyunca günlərin uzanması və ya qısalması ilə əlaqədar olaraq dəyişməyə davam edəcək.Azərbaycanda isə bu il müsəlmanlar gün ərzində orta hesabla 13 saatdan bir qədər çox oruclu qalacaqlar. Qeyd edək ki, ölkəmizdə Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edir. Bayramın isə martın 20-də qeyd olunması gözlənilir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
62
demokrat.az

1Источники