RU

Mətbəxdəki gizli təhlükə Folqadan bu məqsədlə istifadə etməyin

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Alüminium folqa mətbəxdə geniş istifadə olunsa da, mütəxəssislər onun düzgün tətbiq edilmədiyi hallarda sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər. Xüsusilə turşulu qidalarla və yüksək temperaturda təmas zamanı metaldan qidaya keçə bilən birləşmələrin orqanizmdə toplanması narahatlıq doğurur.Demokrat.az xəbər verir ki, kimyaçı mütəxəssis Nikolay Vasilyev qeyd edir ki, alüminium yüksək toksik metal sayılmasa da, bədəndə həddindən artıq yığılması arzuolunmaz nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, bu proses zamanı əsasən böyrəklər və mədə-bağırsaq sistemi həssaslıq göstərir. Bəzi elmi araşdırmalarda isə orqanizmdə alüminium birləşmələrinin artması ilə Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklər arasında mümkün əlaqənin olduğu iddia edilir.Mütəxəssis xüsusilə limon və pomidor şirəsi, sirkə, eləcə də duzlu məhlullar kimi turşulu məhsulların folqa ilə birbaşa təmasının təhlükəli ola biləcəyini vurğulayır. Onun sözlərinə görə, alüminium kimyəvi cəhətdən aktiv metaldır və turşularla reaksiyaya girdikdə qidaya keçə bilən birləşmələr yarada bilər. Bu risk sobada yüksək temperaturda bişirmə zamanı daha da artır.Digər vacib məqam folqadan təkrar istifadə edilməməsidir. Zədələnmiş səth və üzərində qalan qida qalıqları yeni kimyəvi reaksiyalar üçün şərait yarada bilər. Mütəxəssislər bəzi yeməklərin hazırlanmasında folqa əvəzinə perqament kağızı və ya silikon qabların seçilməsini daha təhlükəsiz alternativ hesab edirlər.Qeyd olunur ki, istehsal standartları materialın keyfiyyətinə nəzarət etsə də, əsas risk düzgün istifadə qaydalarına əməl olunmadıqda yaranır. Sadə ehtiyat tədbirləri ilə alüminium folqadan istifadə zamanı mümkün təhlükələri minimuma endirmək mümkündür.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
109
demokrat.az

1Источники