RU

Bakıda kütləvi söküntü işləri başlayır: detallar açıqlandı SİYAHI

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Bakıda kütləvi söküntülər başlayır. Belə ki, paytaxtın 7 rayonunda – Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanıda istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır. Bundan əlavə, Bakının “Sovetski” adlanan ərazisində də söküntü və yenidənqurma işləri davam edir. Ərazidə ilin sonuna kimi 4200-dən artıq mənzil söküləcək.

Bu proses mənzil bazarında bahalaşmaya səbəb olacaqmı?

Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib ki, Bakı 2040-cı ilədək Baş Planına uyğun olaraq paytaxtın müxtəlif rayonlarında qəzalı binalar sökülür:

“Onların yerində yeni yaşayış binaları inşa edilir və ya parklar salınır, abadlıq, infrastruktur layihələri həyata keçirilir. Bu proses köhnə və qəzalı binalarda yaşayan sakinlərin daşınmaz əmlak bazarına müraciəti ilə nəticələnir. Əgər sökülən ərazidə yeni bina tikilirsə, sakinlərə müvəqqəti kirayə haqqı üçün kompensasiya ödənilir və onlar həmin müddətdə müvafiq mənzillərə köçürlər. Adətən bu müddət təxminən altı ay nəzərdə tutulsa da, bir çox hallarda daha uzun çəkir. Əgər sökülən ərazidə yeni bina inşa olunmursa və yalnız abadlıq işləri aparılırsa, sakinlərə yaşayış sahələrinə görə birbaşa kompensasiya ödənilir. Bu vəsaiti əldə edən şəxslər isə daşınmaz əmlak bazarının satış seqmentinə yönələrək yeni mənzil alırlar”.

Vüqar Oruc

Ekspert bildirib ki, söküntü prosesi bütün hallarda sakinlərin daşınmaz əmlak bazarına daxil olmasına səbəb olur:

“Bu isə bazarda tələbin artmasına, nəticə etibarilə qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Qeyd etmək lazımdır ki, bu, qiymət artımına təsir edən yeganə amil deyil. Lakin söküntü işləri, kompensasiyaların ödənilməsi və sakinlərin həm kirayə, həm də satış seqmentində aktivləşməsi bazarda tələbi artıran əsas faktorlar sırasındadır. Bu da öz növbəsində, əlbəttə, əmlak bazarında qiymət artımına səbəb olacaq”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
94
1
globalinfo.az

2Источники