ABŞ Prezidenti Donald Trump bildirib ki, İranın ABŞ ilə razılaşmaya gəlməsi üçün ən çoxu 15 gün vaxtı var. Onun sözlərinə görə, əks halda vəziyyət İran üçün “uğursuz” olacaq.
Editor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump açıqlamasında İranın ABŞ ilə razılıq əldə etməsi üçün maksimum 15 gün müddətinin qaldığını deyib.
Çıxışı zamanı Trump qeyd edib: “On gün kifayət edər. 10–15 gün. Demək olar ki, ən çoxu bu qədər. Ya razılaşma əldə edəcəyik, ya da bu, onlar üçün uğursuz nəticələnəcək”.
Sülh Şurasının açılış iclasında çıxış edən Prezident əlavə edib: “Bəlkə də bir addım daha irəli getməli olacağıq, ya da buna ehtiyac qalmayacaq. Ola bilsin ki, razılaşma əldə edək. Yəqin ki, qarşıdakı 10 gün ərzində bunu biləcəksiniz”.
//Gülnarə Abasova, Editor.az