RU

UNEC Dizayn Məktəbində Layihə Əsaslı Öyrənmənin II hesabat-sərgisi keçirilib (FOTO)

Bakı. Trend:

UNEC Dizayn Məktəbində Layihə Əsaslı Öyrənmə (PBL) metodu üzrətəhsil alan tələbələrin II hesabat-sərgisi təşkil olunub.

Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, QarabağDirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, QırğızMilli Universitetinin rektoru Dogdurbek Çontoyev və digər qonaqlariştirak ediblər.

İştirakçılar əvvəlcə dizayn tələbələrin əl işlərindən ibarətzəngin sərgi ilə tanış olublar. Sərgidə ahıllar və əlliliyi olanşəxsləri əhatə edən sosial layihələr, qrafik dizayn işləri,rebrendinq və geyim nümunələri, ətraf mühitin qorunması, həmçininQarabağın bərpası üçün hazırlanmış sosial yönümlü layihələr nümayişolunub. Tələbələrin Qarabağın bərpası məqsədilə hazırladıqlarıahıllar evi modeli, inklüziv ev, innovasiya kitabxanası və digərlayihələr xüsusi maraqla qarşılanıb.

Tədbirin açılışında çıxış edən Dizayn Məktəbinin direktoru,dosent Lalə Məmmədova Layihə Əsaslı Tədris (PBL) yanaşmasınıntələbələrə qazandırdığı bacarıqlardan danışıb. O, PBL-intələbələrin tənqidi düşünmə, yaradıcılıq və komanda şəklində işləməbacarıqlarını inkişaf etdirdiyini, həmçinin real həyatproblemlərini həll etməyə hazırladığını vurğulayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov dizayn ixtisası üzrətəhsil alan tələbələrin tədrisində tətbiq olunan PBL yanaşmasındanvə əldə olunan müsbət nəticələrdən söz açıb. O vurğulayıb ki,universitetin əsas məqsədi yalnız nəzəri bilik deyil, həm dəpraktik bacarıqlara sahib, fərqli düşünməyi bacaran və cəmiyyətinproblemlərinin həllində fəal iştirak edən gəncləryetişdirməkdir.

Rektor qeyd edib ki, Layihə Əsaslı Tədris yanaşmasıgözləniləndən daha yüksək nəticələr verib. O sərgidə nümayiş olunanlayihələrin tələbələrin dərs prosesi zamanı icra etdikləri realişlər olduğunu vurğulayıb.

Ə.Muradov tələbələrin layihələrdə ahıl və əlilliyi olan şəxslər,eləcə də Qarabağın bərpası kimi aktual məsələlərə toxunduqlarınıyüksək qiymətləndirib: “Tələbələrimiz cəmiyyətdə mövcud olanproblemləri anlayırlar və onu həlli etməyə çalışırlar, bu daonların fərqini, dəyərini göstərir. PBL yanaşması tələbələrimizindaha güclü və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmətedir. Mən çox məmnunam ki, biz tələbələrimizə potensiallarınıreallaşdırmaq üçün əlverişli mühit yarada bilmişik”-, deyə rektorbildirib.

Qarabağın bərpası mövzusunda irəli sürülən təşəbbüslərə xüsusidiqqət ayıran Ədalət Muradov bildirib ki, universitet tərəfindəntələbələrin layihələrinin reallaşdırılmasına hərtərəfli dəstəkgöstəriləcək. O, sərginin Qarabağda da təşkil olunması təklifinisəsləndirərək, bu təşəbbüsün gənclərin sosial məsuliyyətini dahageniş auditoriyaya çatdırmaq baxımından əhəmiyyətinivurğulayıb.

Sonra UNEC-in Təhsil və təlim mükəmməlliyi şöbəsinin müdiri, PBLlayihəsinin koordinatoru, metodist Sənubər Səfiyeva çıxış edərəkPBL yanaşmasının üstünlüklərindən danışıb: “Sosial layihələrdə bizcəmiyyətimiz üçün faydalı tədbirlər həyata keçiririk. Bu layihələrgənclərimizə cəmiyyətin real problemləri ilə birbaşa üzləşmək,empatiya bacarıqlarını inkişaf etdirmək və cəmiyyətin bir hissəsikimi özlərini hiss etmək imkanı verir”, - deyə bildirib.

Tədbir tələbələrin sosial faydalı qrafik dizayn layihələrinintəqdimatları ilə davam edib.

UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
Məqalədə:
Избранный
41
8
az.trend.az

9Источники