RU

Məhkəmə bərbərxanada iş yoldaşını öldürən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə qətldə ittiham olunan 2004-cü il təvəllüdlü Raul Namazovun barəsindəki kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Raul Namazov 2020-ci il iyunun 22-də saat 12 radələrində Bərdə şəhərində qeyri-rəsmi usta köməkçisi işlədiyi “Ümid” adlı bərbərxanada iş yoldaşı Ceyhun Məmmədovun ona “evlən, arvad al, evini əxlaqsızlıq yuvasına çevirək” kimi söz atmasını özünə təhqir hesab edib.

 

Raul Namazov Ceyhun Məmmədovla mübahisə edib, sonra qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib. Həmin gün o, günorta saatlarında bərbərxanada divanın üzərində yatan Ceyhun Məmmədovun qarın nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.

 

İstintaq orqanı tərəfindən Raul Namazovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Təqsirləndirilən şəxs qismində ifadə verən Raul Namazov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Raul Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

 

Tarix: 20 Fevral 2026, 09:47   
Избранный
15
1
pravda.az

2Источники