RU

Premyer Liqa: XXI tur iki oyunla başlayır

Azərbaycan Premyer Liqasında XXI tura bu gün start veriləcək.

Msport.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Zirə” səfərdə “Turan Tovuz”un qonağı olacaq. Qəsəbə təmsilçisi hazırda 35 xalla üçüncüdür. 34 xala malik “Turan Tovuz” isə dördüncü pillədə qərarlaşıb.

Günün son matçı Sumqayıtda baş tutacaq. “Qəbələ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. “Sumqayıt” 30 xalla beşincidir. Onuncu yerdə qərarlaşan bölgə təmsilçisinin hesabında 14 xal var.

 

Premyer Liqa

XXI tur

20 fevral

 

17:00. “Turan Tovuz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

“Azərsun Arena”

 

19:30. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Cavid Cəlilov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Eldəniz Musayev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

Qeyd edək ki, XXI tura fevralın 22-də yekun vurulacaq.

Избранный
29
8
msport.az

10Источники