RU

Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində ikinci oyununa çıxacaq

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.

"Far.Az" xəbər verir ki, B qrupunda yer alan milli Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.

Qeyd edək ki, U-18 ötən gün keçirdiyi ilk matçda Rusiyanın müvafiq yaş qrupundan ibarət kollektivinə 1:7 hesabı ilə məğlub olub.

Избранный
73
5
far.az

10Источники