RU

Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə aparılan hibrid hücumlara dair açıqlama yaydı

Bakı. Trend:

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşıkomissiyası son dövrlərdə rəqəmsal platformalarda və müxtəlif mediakanallarında ölkəmiz əleyhinə aparılan dezinformasiyakampaniyasının kökündə duran bir sıra məqamları öz səlahiyyətləriçərçivəsində araşdırıb.

Trend xəbərverir ki, dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətlərintəhlili və qiymətləndirilməsi nəticəsində aşağıdakı hallar müəyyənedilib:

• Həmin fəaliyyətlər vahid mərkəzdən idarə olunur;

• Bir ildən çox davam edən hibrid hücumlar çoxsəviyyəli təzyiqstrategiyasının bir hissəsidir;

• Bu anti-Azərbaycan strategiya ictimai rəyi çaşdırmağa,cəmiyyətdə qütbləşmə yaratmağa, dövlətə və onun institutlarınainamı sarsıtmağa hesablanmış informasiya manipulyasiyalarındanibarətdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyiilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, suverenlikiradəsinin güclənməsi, eyni zamanda, ölkəmizin qlobal enerjitəhlükəsizliyinə verdiyi töhfə, nəqliyyat dəhlizlərinin yaradılmasıvə regional inkişaf məsələlərində müstəqil qərarların qəbuledilməsi, beynəlxalq tərəfdaşlıqların daha da gücləndirilməsi onunhədəflənmiş kampaniyaya, əsassız ittihamlar ehtiva edən məqsədyönlüdezinformasiyaya məruz qalmasına səbəb olub.

Azərbaycan Respublikası hər cür hibrid təhdidə və informasiyaməkanının pozulmasına qarşı öz hüquqlarını qorumaqda qətiyyətinidəyişməyəcək.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya davamedən dezinformasiya kampaniyası fonunda vətəndaşlarımızı yalnızAzərbaycanın dövlət qurumları və rəsmiləri tərəfindən verilənməlumatlara istinad etməyə və inanmağa çağırır.

Избранный
51
21
az.trend.az

10Источники