RU

Bəzi insanlar üçün isə söyüş söymək adət halını alıb- ÖZƏL

"İslamda söyüş söymək və təhqir etmək insanın ən çirkin sifətlərindən biri kimi bildirilir. İslam müsəlmanların və xüsusilə, möminərin abır-həyalarını həmişə yüksək səviyyədə qorumağı bildirir. Allah-Taala Behişti, söyüş söyənə, pis dilə, həyasıza, danışığında dilin qoruya bilməyən insana haram etmişdir, xüsusilə, çox zaman insanların hövsələsiz halda dillərinə gətirdikləri sözlər və ittihamların əksəriyyəti yalan və töhmətdir."Allah başqalarının pis hərəkətlərinin açıq, ucadan deyilməsini sevməz. Yalnız, zülm olunmuş şəxslər müstəsnadır. Belə olan halda başqalarını söymək və təhqir etməyin məqsədi nədir?"
 "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, zülmə məruz qalmışlar səslərini ucadan deyə bilərlər. Onda belə çıxır ki, bu günümüzdə xalq zülmlə yaşadığından, zülmə məruz qaldığından səslərini ucadan demək haqqına sahib və qadirdilər. Xalqı təhqir edənlərə, onları aşağılayanlara, səslərini qaldırmağa hətta belə söyüşlə təhqirlə cavab verməkdə haqlıdırlar: "Xüsusilə əsəbiləşən insan söyüşlərə mütəmadi olaraq əl atır. Bəzi insanlar üçün isə söyüş söymək adət halını alıb. Lakin çoxları bilmir ki, elmi sübutlarla təsdiq olunub ki, söyüşə məruz qalmaq,Insanın sağlamlığına mənfi təsir edir. Əgər elədirsə nə üçün söyüş söyülür. Hətta söyüşlər o həddə çatdılılır ki, bunu olkə qanunverici orqanı müzakirəyə çıxarır. Həmişə diqqət etmək lazımdır ki, dil yarası çox dərdli olar və insanın ruhiyyəsində çox uzun zaman təsir qoyur. Əğər insandan belə bir xəta baş versə, yaxınlarını təhqir və ehtiramsızlıq etsə, ən yaxın fürsətdə üzürxahlıq etməli və vurduğu böhtan və töhmətin təsirini aradan aparmağa çalışmalıdır. Belə hallar müasir zəmanəmizdə də var. Heç uzağa getməyək, öz Azərbaycanda milli mentalitet dəyərləri çərçivəsində bu cür təhqirlər ucbatından baş verən cinayət hadisələri azdırmı? Neçə- neçə başı alovlanmış gənclərin və ya spirtli içki, narkotik maddələr təsiri altında olan insanların həyatına təhqirə qarşı özünümüdafiə "cavabı" son qoyub. Bəs belə hallarda təhqirə qarşı necə reaksiya verməliyik?
Qanunvericiliklə söyüş və təhqirə görə qanunvericilikdə cəza tədbirləri nəzərdə tutulur.Bunlara baxmayaraq həyatımızda bu gün təhqir etdilər, sabah zərbə endirdilər, ta o birisi gün öldürdülər və s. Əlbəttə, müqəddəs hesab etdiyimiz insanlar, müxtəlik müdriklər olub ki, təhqir onlara necə deyərlər "vız gəlib".Ona görə də müdrük olmaq, sizə yazılan söyüş və təhqirlərə cavab verməyib müdrükliyinizü saxlayın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники