RU

“İlk hissəni çox pis, ikincini yaxşı keçirdik” – Rəşad Sadıqov

Misli premyer-liqasının 21-ci turunun açılış oyununda “Zirə” “Turan Tovuz”a uduzdu - 0:2.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayıb.

- Oyuna çox pis başladıq, qapımızda iki qol gördük. Çaşqınlıq var idi. İlk hissəni çox pis, ikincini yaxşı keçirdik. Rəqib müdafiəsini yara bilmədik.

- Dəyişikliklər hesabda geri olduğunuza görə oldu?
- İsmayılda oyundan əvvəl də narahatlıq var idi. Hesabda geri düşəndən sonra belə qərar verdik.

- Əvəzedicilər liqasını izləyirsiz? “Zirə” güclü komandalar arasında artıq liderdi. Nə əcəb əsas komandaya futbolçular cəb olunmur? Bəyəndikləriniz var?
- Mütəmadi dəvət edirik. Kimisə hazır görsək, oyunlara buraxacağıq.

- Sizcə, niyə rəqib azarkeşlər sizi təxribata çəkəcək şüarlar səsləndirirdi?
- Mən də oyunboyu bilmədim (gülür). “Turan Tovuz” mənə doğma komandadı. Bu haqda nəsə deməyəcəm.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
13
football-plus.az

1Источники