RU

"Anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur”

"Vaşinqtonda baş verən hadisə göstərdi ki, anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur”.

 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında bu "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

 

O bildirib ki, bu addımlar Azərbaycan dövlətinə qarşı yönələn məqsədli xətdir:

 

"Həmin şəxslər erməni şovinist dairələri ilə açıq və ya gizli sinxron hərəkət edərək, faktiki olaraq eyni cəbhədə yer alırlar. Bu artıq fərqli mövqe deyil - bu, Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş məqsədli xətdir”.

 

O bildirib ki, Pallone Xocalı həqiqətlərini inkar edən fiqurdur:

 

"Təsadüfi deyil ki, həmin aqressiv və qeyri-etik aksiyaya ilk dəstək ABŞ-dəki erməni lobbisinin əsas strukturlarından olan ANCA tərəfindən verildi. Anti-milli çıxışlara dərhal siyasi çalar qazandırmaq, onları "haqq səsi” kimi təqdim etmək cəhdi məhz bu dairələrin maraqlarına xidmət edir. Ardınca isə Azərbaycanın uzun illərdir açıq düşməni kimi çıxış edən Frank Pallone səsini qaldırdı. Pallone 907-ci düzəlişin təşəbbüskarlarından biri kimi Azərbaycana qarşı sanksiya siyasətini dəstəkləyən, Xocalı həqiqətlərini inkar edən, vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlər edən fiqurdur. Onun erməni lobbisi ilə sıx əlaqələri illərdir müzakirə mövzusudur və fəaliyyəti faktiki olaraq bu dairələrin siyasi xəttinə paralel gedir”.

 

F.Şahbazlı deyib ki, Vaşinqtondakı aksiya planlı təxribat cəhdidir:

 

"Belə bir kontekstdə Vaşinqtondakı aksiyanın xarakteri də aydın görünür. Böyük beynəlxalq tədbirin keçirildiyi gün ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaq, otelin ətrafındakı təhlükəsizlik perimetrini zorakı formada yarmağa cəhd göstərmək, təhrikedici və qeyri-etik ifadələr işlətmək nə "demokratiya”, nə də "söz azadlığı” ilə izah oluna bilər. Bu, planlı təxribat cəhdidir.

 

Nəticədə həmin ünsürlərin cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən alındı. Bu fakt özü göstərdi ki, hüquq və qayda hər yerdə keçərlidir”.

Tarix: 20 Fevral 2026, 17:05   
Избранный
20
pravda.az

1Источники